Prezident İlham Əliyev İraq Prezdentinə baş sağlığı verib
    • 23-03-2019, 15:27
    • 1 023

Prezident İlham Əliyev İraq Prezdentinə baş sağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə baş sağlığı verib. News24.az xəbər verir ki, baş sağlığında deyilir: “Hörmətli cənab Prezident, Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.