DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib

DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib
SİYASƏT

27 mart 2019, 12:32

Mətn ölçüsü

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

News24.az
bildirir ki, sərəncama əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-leytenant ali hərbi rütbəsi:
general-mayor İsmayıl Məmmədəli oğlu Bağırov

general-mayor ali hərbi rütbəsi:
polkovnik Araz Süleyman oğlu Əhmədov
polkovnik Zaur Aydın oğlu Əliyev
polkovnik Sultan Cavanşir oğlu Fərzəliyev