Vəkillər Kollegiyasına üzv olmaq istəyənlərin - NƏZƏRİNƏ

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlərin - NƏZƏRİNƏ
SİYASƏT

29 mart 2019, 12:04

Mətn ölçüsü

Dövlət İmtahan Mərkəzi martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) News24.az xəbər verir ki, namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahanda iştirak etmək üçün 250 nəfər qeydiyyatdan keçirib. İmtahan saat 10:00-da başlayır və üç saat davam edəcək.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər: İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

İmtahanda namizədlərə qanunvericilik sahəsi üzrə 100 test tapşırığı təqdim olunacaq. Suallara verilən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir. İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.