Kəlbəcərsiz 26 il
    • 2-04-2019, 10:43
    • 800

Kəlbəcərsiz 26 il

Kəlbəcərin işğalından 26 il ötür. 

News24.az xəbər verir ki, Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edilib. İşğal nəticəsində 70 min nəfərdən çox əhalinin 53 340 nəfəri öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMTTəhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.