Tramp 33 illik məşhur festivalı LƏĞV EDİR - VİDEO
    • 11-04-2019, 11:11
    • 843

Tramp 33 illik məşhur festivalı LƏĞV EDİR - VİDEO

ABŞ prezidenti Donald Tramp məşhur festivalı ləğv etmək istəyir. 

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 33 ildir təşkil olunan "Burning man" festivalından gedir. Festivalın ləğv olunmasına səbəb isə Nevada Ərazi İdarəsinin təşkilatçılara festivalın keçirildiyi ərazidə 16 km uzunluğunda beton divarın inşa edilməsini və tədbir zamanı xüsusi mühafizəçilərin orada iştirak etməsini istəməsidir. 

Donald Trampa şikayət edən təşkilatçıların etirazı prezident tərəfindən qəbul olunmayıb. 

Qeyd edək ki, hər il dünyaca məşhur simalar əylənmək üçün "Burning man" festivalına axışır.