Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
SİYASƏT

12 aprel 2019, 11:15

Mətn ölçüsü

Azərbaycan Prezidenti Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.