Şəhidlərin xatirəsinə ehtiram
    • 12-04-2019, 14:07
    • 1 047

Şəhidlərin xatirəsinə ehtiram

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko aprelin 12-də Şəhidlər xiyabanını ziyarət edib.

News24.az
AZƏRTAC-a istinadən xəbər verir ki, Valentina Matviyenko ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.