“Notr-Dam Kilsəsindəki yanğına görə dərindən kədərləndim” - İlham Əliyev

“Notr-Dam Kilsəsindəki yanğına görə dərindən kədərləndim” - İlham Əliyev
SİYASƏT

16 aprel 2019, 14:49

Mətn ölçüsü

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransada Paris Notr-Dam kilsəsinin yanması ilə bağlı paylaşım edib.

News24.az 
xəbər verir ki, İlham Əliyev rəsmi “Twitter” hesabında “Mən Fransanın və dünyanın mədəni irsinin qiymətli incilərindən biri olan Notre-Dame Kilsəsindəki yanğına görə dərindən kədərləndim. İnşallah abidə tezliklə bərpa ediləcək və bəşəriyyətə qaytarılacaq”-deyə qeyd edilib. 

Qeyd edək ki, ötən gün yanğın baş verən Paris Notr-Dam kilsəsi Parisin ilk xristian kilsəsi hesab edilir. Müqəddəs Stefan bazilikasının yerində, daha doğrusu Site adasının şərq hissəsində, dördüncü şəhər dairəsində II Jan-Paul meydanında yerləşir. Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılmışdır.

Twitter