Telman İsmayılovun nəvələri səfalət içində yaşayır - VİDEO
    • 31-07-2018, 11:55
    • 3 606

Telman İsmayılovun nəvələri səfalət içində yaşayır - VİDEO

Vaxtilə dünya ulduzlarının ayaqları altına milyonlar səpən, iflas etmiş milyarder Telman İsmayılovun nəvələrinin aclıq və yoxsulluq içərisində yaşadığı  üzə çıxıb. Telman İsmayılovun oğlu Sərxan ismayılovun vətəndaş nikahında yaşadığı sevgilisi Yekaterina Romanova bu barədə Malaxovun "Pryamoy efir" teleproqramında məlumat verib.

News24.az-ın məlumatına görə, bir zamanlar saray kimi evdə yaşayan Yekaterina indi monastıra sığınıb. Övladlarını saxlaya bilmək üçün o, monastrda xidmət edir və elə burda onlar üçün ayrılmış bir otaqlı hücrədə yaşayır.

Yekaterina Romanova bildirib ki, Telman İsmayılovun oğlu ona bağışlamış olduğu mənzilin sənədlərini oğurlayaraq, evi satıb. Sərxan uşaqları  öz himayəsinə almaq istəsə də, ana buna razı olmayıb.

İndi o, Telman İsmayılovun nəvələri Ruslan və Davidə diqqət göstərəcəyi günü gözlədiyini bildirib.

Həmin videosüjeti təqdim edirik:
 
İlhamə