Prezident İlham Əliyev Çində işgüzar səfərdədir YENİLƏNİB - FOTOLAR
    • 24-04-2019, 16:30
    • 1 538

Prezident İlham Əliyev Çində işgüzar səfərdədir YENİLƏNİB - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində Xalq Respublikasına işgüzar səfəri davam edir. News24.az-ın xəbərinə görə, Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub. 

****
11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Pekində “CETC International” Korporasiyasının baş direktoru Vu Mançin ilə görüşüb. 

**** 
11:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində Xalq Respublikasında görüşləri başlayıb. News24.az xəbər verir ki, Prezident İlham Əliyev aprelin 24-də Pekində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.


*****
10:05 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib. 

News24.az xəbər verir ki, Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Zang Hanhui və digər rəsmi şəxslər qarşılayıblar.