General-polkovnik Elçin Quliyev sərhəddə döyüş fəaliyyətini yoxlayıb
    • 1-05-2019, 14:55
    • 1 163

General-polkovnik Elçin Quliyev sərhəddə döyüş fəaliyyətini yoxlayıb

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşmüş, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

DSX-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış oluub.  
            
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilmişdir.