Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər
SİYASƏT

03 may 2019, 12:32

Mətn ölçüsü

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib. 

News24.az xəbər verir ki, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.