Qəribə hadisə-Doğan qadın bağırdığı üçün tibb bacıları tərəfindən döyüldü
    • 1-08-2018, 16:55
    • 883

Qəribə hadisə-Doğan qadın bağırdığı üçün tibb bacıları tərəfindən döyüldü

Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi xəstəxanasında qəribə hadisə baş verib. 

News24.az xəbər verir ki, gecə vaxtı doğmaq üçün xəstəxanaya gətirilmiş qadın sancıdan bağırdığına görə, tibb bacıları və mama həkimlər tərəfindən döyülüb.

Bu barədə xəstənin atası məlumat verib. O, Türkiyə Səhiyyə Nazirliyinə və Diyarbəkir Polis İdarəsinə şikayət məktubu ilə müraciət edib.

Diyarbəkir Səhiyyə İdarəsindən məktuba cavab olaraq bildirilib ki,iddia əsasında araşdırma başladılıb. Doğum əsnasında növbədə olan həkim və tibb bacıları araşdırma aparıldığı müddət  ərzində işdən uzaqlaşdırılıbalr.


İlhamə