Prezident iki icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR

Prezident iki icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR
SİYASƏT

17 may 2019, 15:23

Mətn ölçüsü

Prezident İlham Əliyev iki rayonun icra başçısını vəzifədən azad edib.

News24.az
xəbər verir ki, müvafiq sərəncamlara əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin, Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Digər sərəncamlarla isə, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin, N.İsmayılov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.