Yol polisindən sürücülərə müraciət

Yol polisindən sürücülərə müraciət
SİYASƏT

03 avqust 2018, 17:09

Mətn ölçüsü

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin və avtobusların sahiblərinə texniki baxışdan keçməklə bağlı müraciət edir.

İdarənin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov news24.az-a bildirib ki, avqustun 1-dən yük avtomobillərinin və avtobusların texniki baxışdan keçməsi müddəti başlayıb və noyabr ayının 1-ə qədər davam edəcək.

Bölmə rəisi bildirib ki, hazırda Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika mərkəzində əməkdaşlar istirahət etmədən çalışırlar: “Yük avtomobili və avtobus sahiblərinə müraciət edirik ki, vaxtında öz avtomobillərini texniki baxışdan keçirsinlər. Xatırladırıq ki, avtomobillərini texniki baxışdan keçirməyən fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.