İki şəxsə “Əməkdar mühəndis” fəxri adı verilib
    • 3-06-2019, 18:23
    • 1 134

İki şəxsə “Əməkdar mühəndis” fəxri adı verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

News24.az--ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

Bəşirov Elxan Hidayət oğlu

Məmmədov İsmayıl İmran oğlu.