İlham Əliyev Putinə başsağlığı verdi: “Məni çox kədərləndirdi…”
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə çoxsaylı insan ölümü ilə nəticələnən vertalyot qəzası ilə bağlı başsağlığı verib.
Bizimyol.info xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli Vladimir Vladimiroviç.“Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.”