Sabiq prezidentin həkimi həbs edildi
    • 4-08-2018, 16:44
    • 1 165

Sabiq prezidentin həkimi həbs edildi

Türkiyənin sabiq prezidenti Abdullah Gülün həkimi olmuş Sedat Caner FETÖ terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilib.

S.Caner Qazi Universitetinin həbs edilən 19 əməkdaşı arasında yer alıb.

Həkimin FETÖ-lideri Fətullah Gülənin özəl həkimi Tuncay Dəlibaşı ilə əlaqədə olduğu, həmçinin təşkilat üzvlərinin istifadə etdiyi “Bylock” proqramından istifadə etdiyi ortaya çıxıb.

Lakin, S.Caner iddiaları qəbul etməyib.

// Qafqazinfo