Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşü Soçidə olacaq
    • 2-07-2019, 13:08
    • 1 067

Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşü Soçidə olacaq

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani avqustun 14-ü Rusiyada görüşəcəklər.

News24.az "İnterfaks"a istinadən xəbər verir ki,  bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri İlyas Umaxanov İran İslam məclisinin sədr müavini Məsud Pezeşkiyan ilə görüşü zamanı deyib.

İ. Umaxanov bildirib ki, dövlət başçılarının görüşü Soçidə baş tutacaq.