KOBİA-nın səlahiyyətləri artırılıb
    • 2-07-2019, 19:36
    • 1 109

KOBİA-nın səlahiyyətləri artırılıb

Sahibkarlığın dəstəklənməsi üçün xarici ölkələrin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri layihələr əlaqələndiriləcək.

News24.az-ın xəbərinə görə, bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqəli şəkildə həyata keçiriləcək.