Mehriban Əliyeva qızının ad gününü təbrik etdi
    • 3-07-2019, 13:50
    • 2 865

Mehriban Əliyeva qızının ad gününü təbrik etdi

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva qızı Leyla Əliyevanın doğum gününü təbrik edib.

News24.az
xəbər verir ki, Mehriban Əliyeva rəsmi feysbuk səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidentinə həsr olunmuş məqaləni paylaşaraq “Əziz Leyla, ad günün mübarək!” sözlərini yazıb.

Qeyd edək ki, Leyla Əliyeva iyulun 3-də 1984-cü ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra İsveçrə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsinin dünya siyasəti ixtisası üzrə magistratura pilləsini bitirib.