18 il sonra ilk dəfə... – Fotolar

18 il sonra ilk dəfə... – Fotolar Siyasət

Məlum olduğu kimi, bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana rəsmi səfər edib.

News24.az xəbər verir ki, bu, son 18 ildə ABŞ vitse-prezidentinin ölkəmizə ilk belə səfəridir.

Belə ki, sonuncu dəfə səfər 2008-ci ildə Corc Buş administrasiyasının vitse-prezidenti Dik Çeyni tərəfindən həyata keçirilmişdi.

Qeyd edək ki, hər iki rəsmi şəxs Respublikaçılar partiyasının nümayəndəsidir.

Məlumat üçün bildirək ki, Cənubi Qafqaza ABŞ Prezidenti kimi səfər edən yeganə şəxs isə Corc Buş olub. O, 2005-ci ildə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ilə görüşmək üçün Tbilisiyə gəlmişdi. (Qafqazinfo)

18 il sonra ilk dəfə... – Fotolar 18 il sonra ilk dəfə... – Fotolar