Dövlət başçısı ölkəmizə təyin olunan səfirlərin etimadnamələrini qəbul etdi
    • 8-08-2018, 18:09
    • 938

Dövlət başçısı ölkəmizə təyin olunan səfirlərin etimadnamələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Şərif Anis fəxri qarovul dəstəsinin qarşısından keçib.
Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ebrahim Yusuf Al-Abdullanın  da etimadnaməsini qəbul edib.

Səfir Ebrahim Yusuf Al-Abdulla fəxri qarovul dəstəsinin qarşısından keçib.
Ebrahim Yusuf Al-Abdulla etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

// Report