Qəzetlərə əlavə yardım ayrıldı - SƏRƏNCAM
    • 22-07-2019, 12:50
    • 867

Qəzetlərə əlavə yardım ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" sərəncam imzalayıb.
News24.a
z xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.