Elçin Quliyevdən TAPŞIRIQ

Elçin Quliyevdən TAPŞIRIQ
SİYASƏT

25 iyul 2019, 11:00

Mətn ölçüsü

İyulun 24-də Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindənNews24.az -a verilən məlumata görə, Gene­ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar verib.