Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir - MÜDAFİƏ NAZİRLİYİ - FOTO
    • 27-07-2019, 12:58
    • 937

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir - MÜDAFİƏ NAZİRLİYİ - FOTO

Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə əməliyyat qərargahı yaradılıb.