Ermənilər daha bir təxribat törətdi: ordumuzun avtomobili atəşə tutuldu - FOTO
    • 27-07-2019, 14:28
    • 803

Ermənilər daha bir təxribat törətdi: ordumuzun avtomobili atəşə tutuldu - FOTO

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Bu barədə News24.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.
Qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.