Təmas xəttində təxribatlar davam edir
    • 28-07-2019, 12:41
    • 960

Təmas xəttində təxribatlar davam edir

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən News24.az -a bildiriblər ki, iyulun 28–də saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.