SON DƏQİQƏ: Ermənilər atəşkəsi pozdu, bir hərbçimiz yaralandı - DSX
    • 31-07-2019, 19:07
    • 1 067

SON DƏQİQƏ: Ermənilər atəşkəsi pozdu, bir hərbçimiz yaralandı - DSX

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları da­vam edir. 

Dövlət Sərhəd Xidmətindən (DSX) News24.az-a verilən məlumata görə, 31 iyul tarixində saat 16:40-da döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­ub. Düş­mənin atəş nöqtələri cavab atəşilə sus­durulub.

Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanıb. Sər­hədçiyə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.