2 ildən sonra ilk: - ABŞ və Çin rəsmiləri görüşdü

2 ildən sonra ilk: - ABŞ və Çin rəsmiləri görüşdü Siyasət

ABŞ və Çin arasında hərbi əlaqə ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2022-ci ilin avqustunda Çinin öz ərazisi olduğunu iddia etdiyi Tayvana səfərindən sonra dayandırılıb.

News24.az xəbər verir ki, ABŞ və Çin hərbi rəsmiləri iki ölkə arasında hərbi əlaqəni bərpa etmək üçün son 2 ildə ilk görüşünü keçirib.

Görüş çərçivəsində ABŞ-ın Hind-Sakit Okean Komandiri Samuel Paparo Çin Xalq Azadlıq Ordusunun (PLA) Cənub Cəbhəsinin komandanı Vu Yanan ilə videokonfrans vasitəsilə görüşüb.

Sözügedən görüş ABŞ və Çin arasında yüksək səviyyəli hərbi əlaqənin mərhələli şəkildə bərpası istiqamətində konstruktiv addım kimi qiymətləndirilir.

Ağ Evdən verilən açıqlamada yüksək rütbəli hərbi məmurlar arasında daimi ünsiyyətin “niyyəti aydınlaşdırmağa və anlaşılmazlıq riskini azaltmağa” xidmət etdiyi vurğulanıb.

Günel Məlikzadə