Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı
    • 11-08-2018, 15:38
    • 1 433

Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı

Türkiyənin Manisa vilayətinin Gördes rayonunda əmisi oğlunu ödəniş əsasında azərbaycanlı qadınla evləndirən kişi saxlanılıb.

 44 yaşlı A.R.T. əmisi oğlu K.G-yini azərbaycanlı qadınla birgə yaşamaq məqsədi ilə tanış edib.

O, buna görə, əmisi oğlundan 4 min lirə pul alıb.

Qadın 10 gün K.G ilə birlikdə yaşadıqdan sonra Azərbaycana qayıdıb.

Bundan bərk əsəbləşən K.G əmisi oğlu A.R.T.-dən şikayət edib. O, azərbaycanlı qadın onunla yaşamadığı üçün əmisi oğlundan pulunu geri tələb edib.

Manisa polis əməkdaşları tərəfindən saxlanılan A.R.T izahatı alındıqdan sonra sərbəst buraxılıb.