Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - MÜDAFİƏ NAZİRLİYİ
    • 20-08-2019, 13:20
    • 913

Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb - MÜDAFİƏ NAZİRLİYİ

Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin pilotunun meyitinin tapılması ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyindən News24.az-a verdiyi xəbərə görə, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb. 

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.