Hərbi orkestrimiz beynəlxalq hərbi-musiqi FESTİVALINDA - FOTO - VİDEO

Hərbi orkestrimiz beynəlxalq hərbi-musiqi FESTİVALINDA - FOTO - VİDEO
SİYASƏT

28 avqust 2019, 18:59

Mətn ölçüsü

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı Moskvada keçirilən XII beynəlxalq hərbi-musiqi festivalında çıxışlarını davam etdirirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, festivalın növbəti günü hərbiçilərimiz çıxışlarına əvvəlcə milli hərbi marşlarla başlayaraq Azərbaycan xalq musiqi nümunələrini də izləyicilərə nümayiş etdiriblər.

Xalq çalğı alətlərimiz - zurna və balabanın sədaları altında, milli geyimlərdə  rəqsləri ifa edən hərbçilərimiz yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar.

On iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 1-dək davam edəcək.

YouTube