Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşdi - SƏRƏNCAM
    • 2-09-2019, 18:45
    • 880

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi müəyyənləşdi - SƏRƏNCAM

 “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” sərəncamda dəyişiklik olunub. 
  
News24.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” 2004-cü il 21 aprel tarixli 196 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında fərmanında əks olunub.
Fərmana əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi verilib:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi ‒ şöbə müdiri
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi”.