“Saber Junction - 19” təlimi DAVAM EDİR
    • 17-09-2019, 17:28
    • 720

“Saber Junction - 19” təlimi DAVAM EDİR

Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.