Rusiya ABŞ-a etiraz notası göndərdi
    • 17-08-2018, 21:00
    • 1 174

Rusiya ABŞ-a etiraz notası göndərdi

Rusiyanın diplomatik nümayəndəliklərinin beynəlxalq hüququnun pozulması ilə əlaqədar rəsmi Moskva ABŞ-a etiraz notası göndərib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının beynəlxalq hüquq normaları kobud şəkildə pozulduğuna görə, Rusiya Xarici İşlər Nazirliyi diplomatik kanallar vasitəsilə müvafiq notanı göndərərək ABŞ Dövlət Departamentinə qətiyyətli etirazını bildirib", - Rusiya XİN-in saytında yazılıb.