Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda GÖRÜŞƏCƏKLƏR
    • 20-09-2019, 11:11
    • 913

Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda GÖRÜŞƏCƏKLƏR

Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. 

Bu barədə News24.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 
Bildirilib ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.