Erməni tərəfi Qazax istiqamətində təxribat TÖRƏTDİ - DSX
    • 21-09-2019, 11:30
    • 956

Erməni tərəfi Qazax istiqamətində təxribat TÖRƏTDİ - DSX

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.  

DSX-dan News24.az-a verilən məlumata görə, dünən saat 13:20 radələrində sərhəd döyüş mövqelərimiz və təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.