Rəsul Quliyevdən Əli Kərimliyə çağırış:
    • 21-09-2019, 18:00
    • 938

Rəsul Quliyevdən Əli Kərimliyə çağırış: "İstefa ver"

Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev AXCP rəhbəri Əli Kərimlini istefa verməyə çağırıb.
News24.az xəbər verir ki, o, bu çağırışını  AXCP rəhbərinin müavini Fuad Qəhrəmanlının xanımına şiddət etməsi ilə izah edib, - bu barədə haqqın.az xəbər verir. 
 
"Əgər Əli Kərimli gerçəkdən Fuad Qəhrəmanlının xanımını şiddətə dözməyə və boşanmamağa çağırıbsa istefa verməlidir", deyə Rəsul Quliyev jurnalistlərə verdiyi müsahibəsində bildirib. 
 
 O, həmçinin  qeyd edib ki,  yüksək intelektə malik olan Fuad Qəhrəmanlının xanımının bu zülmə  dözməsi onda heyrət yaradıb. "Mən anlaya bilmirəm bu qədər ağıllı qadın niyə ərinə  dözüb", - deyə Quliyev vurğulayıb.