Bakıda “Qafqaz Qartalı - 2019” təliminin AÇILIŞI - FOTO - VİDEO

Bakıda “Qafqaz Qartalı - 2019” təliminin AÇILIŞI - FOTO - VİDEO
SİYASƏT / Video / Foto

23 sentyabr 2019, 18:03

Mətn ölçüsü

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən üç ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda “Qafqaz Qartalı - 2019” birgə təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimdə hava komponentlərindən də istifadə olunmaqla şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqlar yerinə yetiriləcək.

Oktyabrın 1-dək davam edəcək təlimdə Pakistan hərbi qulluqçuları müşahidəçi qismində iştirak edir.

YouTube