Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU
SİYASƏT

26 sentyabr 2019, 19:28

Mətn ölçüsü

Bakıda Azərbaycan və Rusiya arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə danışaraq bu istiqamətdə münasibətlərin inkişaf etdiyini vurğulayıb. 

Tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirib və 2020-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyən ediblər.
Görüşün sonunda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasının Protokolu” imzalanıb.