Xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilədir - Foto
    • 20-08-2018, 10:10
    • 1 349

Xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilədir - Foto

ABŞ-ın Arizona əyalətindəki “Mesa Banner Dessert” xəstəxanasının reanimasiya şöbəsində çalışan 16 tibb bacısının hamısı hamilədir.

Şöbədə ümumilikdə 160 tibb işçisi çalışır. Mətbuat konfransı keçirən həkimlər “Bu xəstəxananın suyunda nəsə var. Hamımız sözləşmiş kimi Yeni il tətilində ana olacağıq” deyiblər.

Hamilə qadınlardan birincisi sentyabrda, sonuncusu isə yanvarda körpəsini dünyaya gətirəcək. Tibb bacıları gələn həftədən doğuş məzuniyyətinə çıxacaqlar. 

//Qafqazinfo