"Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət siqnaldır" ALMANİYA SƏFİRİ

"Azərbaycan və Ermənistan XİN başçılarının görüşü müsbət siqnaldır" ALMANİYA SƏFİRİ
SİYASƏT

30 sentyabr 2019, 12:46

Mətn ölçüsü

"Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəbdir və biz ATƏT-in Minsk qrupunun həmsədrlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etdiyinə görə təşəkkür edirik".

Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib.
"Bilirəm ki, belə hallarda hər kəs problemin tezliklə həll olunmasını istəyir, amma reallıqda səbr və vaxt lazımdır. Biz Almaniyanın parçalanmasının da şahidi olmuşuq. Ancaq zamanla hər şey həll olundu", - o bildirib.

Almaniya səfiri həmçinin sentyabrın 24-də Nyu-Yorkda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü də alqışlayıb: "Düzdür, bu görüş münaqişənin həllinə səbəb olmadı, ancaq iki nazirin görüşməsi faktının özü müsbət siqnaldır". /report/