Ərdoğan Azərbaycana SƏFƏR EDƏCƏK
    • 1-10-2019, 18:01
    • 1 104

Ərdoğan Azərbaycana SƏFƏR EDƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib. O, prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII sammitinə qatılacağını açıqlayıb.

Zirvə görüşü zamanı Türkdilli ölkələrin ticarət və sənaye palatası ilə ortaq investisiya fondunun yaradılması ilə bağlı məsələlərin müzakirə ediləcəyini bildirib. Bundan əlavə, sammit çərçivəsində işgüzar forum da keçiriləcək.

Bu an etibarilə Türk Şurasının üzvləri arasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə iştirak edir.