Bakının mərkəzində zəncirvari qəza - VİDEO

Bakının mərkəzində zəncirvari qəza - VİDEO
SİYASƏT

05 iyul 2018, 12:20

Mətn ölçüsü

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

 99-DM-484 dövlət nömrə nişanlı “Opel Vectra” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, 90-RP-872 dövlət nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobillə toqquşub. 

Bundan sonra “Opel” yaxınlıqda dayanmış “Mercedes” (90-RU-767), o isə öz növbəsində “Mitsubishi” (10-UO-098) və “Hyundai” (90-SP-935) markalı avtomobillərə çırpılıb. 

Hadisə nəticəsində “Opel”, “Mercedes” və “Mitsubishi” markalı avtomobillərə maddi ziyan dəyib. 
Qəza yerinə yol-partul xidmətinin əməkdaşları gəlib. 

Xəsarət alan yoxdur. 



//Oxu.az