Prezident İlham Əliyev İspaniyanın Kralını TƏBRİK ETDİ
    • 11-10-2019, 17:53
    • 704

Prezident İlham Əliyev İspaniyanın Kralını TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik ünvanlayıb.

News24.az
-ınməlumatına görə, təbrikdə deyilir:
"Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".