Hadı Rəcəbli onu tənqid edənlər haqda danışdı:
    • 18-10-2019, 18:49
    • 846

Hadı Rəcəbli onu tənqid edənlər haqda danışdı: "Deməli burada nə isə var" - VİDEO

“O adamlar kütlə psixologiyasına, orda-burda yazılanlara haqq-nahaq, ədalətsiz uyurlar. Mən buna görə çox təəssüf edirəm”.

News24.az xəbər verir ki, bu sözləri deputat Hadı Rəcəbli onu tənqid edənlər haqda fikirlərini bildərərkən deyib: “Əlbəttdə ki, bu birinci dəfə deyil. Əlli ildir peşəkar siyasətdəyəm. Nə xahiş edirəm? O adamlar mənim qəbuluma gəlsinlər, söhbət etsinlər, tərcümeyi-halımı onların qarşısına qoyum. Onlara Milli Məclisdə hansı məsələləri qaldırdığımızı açıqlayım. Mən niyə 25 ildir bu komitənin sədriyəm? Deməli burada nə isə var.

Şübhələri olan o insanlardan xahiş edirəm qəbuluma gəlin. Mənim hər qəbulumda səksən adam olur. Buyurun, gəlin dərdinizi söyləyin. Onların 20-30 faizinə kömək edə biləndə özümü xoşbəxt hiss edirəm. Odur ki, hissə qapılmayın. Onun, bunun sözlərinə uymayın”.