"Google" elektron məktubların silinməsi funksiyasını təqdim edib

"Google" elektron məktubların silinməsi funksiyasını təqdim edib
SİYASƏT

24 avqust 2018, 18:11

Mətn ölçüsü

ABŞ-ın informasiya texnologiyaları nəhəngi - "Google" şirkəti istifadəçinin müəyyən etdiyi vaxtdan sonra elektron məktubların silinməsi funksiyasını təqdim edib.

Yeni funksiya "Gmail"dən istifadə edib məktub göndərənlərə onun "Google"un serverlərindən və istifadəçinin elektron qutusundan silinməsini nəzərdə tutur.
 
İstifadəçi məktubun silinmə vaxtını 1 gündən 5 ilə qədər müəyyən edə bilər.

Eyni zamanda "Google" "Gmail" mobil qurğularından göndərilmiş elektron məktubları göndərildikdən sonra redaktə etmək imkanını də təqdim edib. Beləliklə, istifadəçi elektron məktubunu göndərdikdən sonra hərf səhvlərini və hətta məktubu tamamilə silə bilər.