İlham Əliyev avstriyalı həmkarını təbrik etdi
    • 25-10-2019, 17:46
    • 913

İlham Əliyev avstriyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik ünvanlayıb.

News24.az-ın xəbərinə görə, təbrikdə deyilir: “Hörmətli cənab Federal Prezident, Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Avstriya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.