Rusiyanın Müdafiə naziri Azərbaycana gəldi

Rusiyanın Müdafiə naziri Azərbaycana gəldi
SİYASƏT

30 oktyabr 2019, 01:17

Mətn ölçüsü

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.
Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.